Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı


Digərləri 23 İyl 2019 22:15:37 241 0

Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı

Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kv.m olan mağazada yanğın baş verib

Bakı. Elçin Mehdiyev - İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılıb.