İnsan boyda meduza tapılıb


Digərləri 23 İyl 2019 21:55:00 282 0

İnsan boyda meduza tapılıb

Britaniyanın Kornuoll qraflığının sahil bölgəsində insanlar nəhəng meduzanın şəklini çəkə bilmişdir.

İstifadəçilərdən biri öz İnstaqram səhifəsində çəkdiyi şəkilli yerləşdirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bioloq Lizzi Deylinin yanında nəhəng kornerot adlı meduza üzür. Kadrlarda meduzanın Deylidən böyük olması görünür. Belə bir meduzanın diametri 40 santimetrdən çox olması müşahidə edilməmişdir. Hərdən belə meduzaların diametri 1 metr yarım, çəkisi isə, 35 kq ola bilir.

Meduzalar əsasən Qara, Azov, Aralıq dənizində, eyni zamanda Atlantik okeanında yaşayır.