“Fatihə” surəsinin təfsiri


Digərləri 23 İyl 2019 21:45:00 244 0

“Fatihə” surəsinin təfsiri

Həmd edərkən həddən artıq təmtəraqlı ibarələr işlətmək və xüsusi ayinlər icra etmək lazım deyil, əsas şərt niyyətin xalisliyidir. Allaha təmiz qəlblə, tam səmimiyyət və ixlasla bircə dəfə "əl-həmdu lillah" deyə həmd etmək kifayətdir. Səhabələrdən biri rəvayət edir ki, bir gün İmam Cəfər Sadiqin (ə) atı itdi. İmam buyurdu ki, əgər at tapılsa, Allaha layiq olduğu şəkildə şükr edəcəyəm. Az sonra atı tapıb gətirdilər. İmam bircə dəfə buyurdu: "Əl-həmdu lillah". Yanındakılardan biri İmamdan qeyri-adi təmtəraqlı şükr gözlədiyi üçün soruşdu: "Sənə fəda olum, məgər demədinmi ki, Allaha layiq olduğu kimi şükr edəcəyəm?" İmam Sadiq (ə) də ona sualla cavab verdi: "Məgər eşitmədinmi ki dedim: Əl-həmdu lillah?" (Üsul əl-Kafi, Kitab əl-iman və-l-küfr, şükr babı, hədis 18).

İslam mənbələrindəki hədislərə müraciət etsək görərik ki, məsum imamlar insanların Allaha həmd etməsini yüksək qiymətləndirmiş, hər bir nemətin Allah tərəfindən verildiyini, başqa şəxslərin yalnız vasitəçi olduğunu dərk edən insanları razılıqla qarşılamışlar.

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabələri ilə birlikdə Minada (Məkkə yaxınlığında həcc əməlləri icra edilən məkanların birində) üzüm yeyirdi. Bir dilənçi onlara yaxınlaşıb pay istədi. İmam bir üzüm salxımını götürüb ona təklif etdi. Dilənçi qəbul etməyib pul istədi. İmam bu nankorluğu görəndə buyurdu: "İstədiyin payı Allah verər". Dilənçi inciyib getdi, az sonra yenə qayıdıb heç olmasa, o üzüm salxımını verməsini xahiş etdi. İmam əvvəlki cavabı təkrar etdi.

Bir müddət sonra başqa bir dilənçi onlara yaxınlaşdı. İmam Sadiq (ə) süfrədən üç üzüm giləsi götürüb ona uzatdı. Dilənçi üzümləri alıb belə söylədi: "Həmd olsun aləmlərin Rəbbi olan o Allaha ki, mənə ruzi verdi". İmam iki ovcunu üzümlə doldurub dilənçiyə verdi. Dilənçi bu payı da razılıqla aldı, "əl-həmdu lillahi Rəbbil-aləmin" söylədi.

İmam yanındakı xidmətçilərdən birinə sarı dönüb soruşdu: "Yanında nə qədər pul var?" Xidmətçi 20 dirhəm pul olduğunu söylədi. İmam tapşırdı ki, həmin məbləği dilənçiyə versin. Dilənçi pulu alıb belə dua etdi: "Əl-həmdu lillah. Ey Allah, bu nemət Səndəndir, Sən vahidsən və şərikin yoxdur". Həzrət İmam əynindəki köynəyi çıxarıb ona bağışladı. Dilənçi köynəyi geyinib, əvvəlcə Allaha şükr etdi, sonra İmama təşəkkürünü bildirdi və çıxıb getdi.

Hədisin rəvayətçisi deyir ki, əgər o dilənçi bu dəfə də yalnız Allaha həmd etsəydi və İmamı təşəkkürə şərik etməsəydi, İmam ona yenə nə isə verəcəkdi və bu bəxşişər sonsuzluğa qədər davam edərdi (Füru əl-Kafi, Kitab əl-zəkat, Nəvadir babı, hədis 12).

Rəbb