Rentgen və tomoqrafiya xərçəngin riskini artırır.


Digərləri 23 İyl 2019 21:35:00 194 0

Rentgen və tomoqrafiya xərçəngin riskini artırır.

Böyük Britaniyanın Kembric Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın hətta üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

Alimlər müəyyən ediblər ki, şüalanmanın hətta təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artıran mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgendən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin "korlanmış" p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

Tədqiqat müəlliflərindən biri, Kembric Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.