Həqiqətənmi sehrcadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır?


Digərləri 23 İyl 2019 21:15:00 262 0

Həqiqətənmi sehrcadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır?

Deyirlər ki, sehr-cadunu batil etmək üçün üstünə sidik töküb murdarlamaq lazımdır. Hətta evi cadudan təmizləmək üçün dörd küncünə sidik tökənlər var. Bunun faydası olurmu?

Əvvəla, sehr-cadunun hər hansı təsirə malik olub-olmaması barədə fikirlər fərqlidir. Bəziləri bunun mövcud olduğunu qəbul edir, bəziləri isə sehr-cadu haqqında deyilənlərin xurafat olduğunu iddia edirlər. Əlbəttə, hər bir halda, sehr-cadu ilə məşğul olmaq qəti şəkildə haramdır və günahdır. Sehri və cadunu batil etmək üçün guya üstünə murdarlıq sürtmək barədə deyilənlər kökündən yanlışdır.

Son.az islam.az-a istinadən bildirir ki, bir günahla başqa günahı, bir murdarlıqla başqa murdarlığı məhv etmək olmaz. Sidik şəriətdə murdar sayılır, onun dəydiyi hər yeri pak etmək lazımdır. Öz evini sidiklə murdarlamaq, evi çirkin, üfunətli hala salmaq, mələkləri evdən qovmaq ağıllı adama yaraşan hərəkət deyil. Əgər hər hansı yazının sehr-cadu olduğu ehtimal olunursa, ona ya əhəmiyyət verəməmək və şeytanın şərindən Allaha sığınmaq, ya da həmin yazını və ya əşyanı əl-ayaqdan uzaq, çöllük yerdə torpağa basdırmaq, yaxud çay və dəniz kimi axar sulara atmaq lazımdır.