Lənkəranda "Mercedes" aşıb, 2 nəfər...


Digərləri 23 İyl 2019 20:56:00 224 0

Lənkəranda "Mercedes" aşıb, 2 nəfər...

Lənkəranda "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Girdəni kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alan 2 nəfər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.