Şəmkirdə iki "VAZ" toqquşdu, ölən və xəsarət alanlar var


Digərləri 23 İyl 2019 20:38:00 236 0

Şəmkirdə iki "VAZ" toqquşdu, ölən və xəsarət alanlar var

Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, iyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi "VAZ-2107" və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi "VAZ-2121" markalı avtomobillər toqquşub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.