“Coca-Cola” jurnalistləri təbrik etdi və “Bilirsinizmi?” səhifəsini təqdim etdi (FOTO)


Digərləri 23 İyl 2019 20:18:00 196 0

“Coca-Cola” jurnalistləri təbrik etdi və “Bilirsinizmi?” səhifəsini təqdim etdi (FOTO)

Dünyanın ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Azərbaycanda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayaraq onların peşə bayramlarını təbrik edib.

Bakı. Dünyanın ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Azərbaycanda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayaraq onların peşə bayramlarını təbrik edib. “Park Cinema” kino zalında təşkil edilmiş tədbirə xəbər saytları, agentliklər və TV kanalların 30-dan artıq nümayəndəsi qatılıb. Jurnalistlərlə görüşdə çıxış edən "Coca-Cola" şirkətinin Qafqaz Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu edib. Tədbir zamanı, həmçinin “Coca-Cola”nın “Bilirsinizmi?” onlayn səhifəsinin təqdimatı da keçirilib. “Bilirsinizmi?” səhifəsində “Coca-Cola” şirkəti haqqında maraqlı faktlar, məhsul haqqında tez-tez soruşulan suallar və eyni zamanda istehlakçılar arasında yayılan bəzi əsassız şayiələrə dolğun cavablar təqdim edilir. “”Coca-Cola” şirkəti adından ölkə mediasını təmsil edən dostlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Jurnalistlər hər zaman cəmiyyəti ictimai maraq kəsəb edən məsələlər, o cümlədən iqtisadi əhəmiyyətli mövzular haqqında məlumatlandırırlar. Ölkənin qeyri-neft sektorunda önəmli payı olan “Coca-Cola” şirkəti, onun məhsulları, istehsal fəaliyyətində yenilikləri, sosial layihələri haqqında insanlara doğru məlumatı çatdıran hər bir media qurumu və nümayəndəsinə dərin minnətdarlığımızı bildiririk”, – deyə şirkət nümayəndəsi vurğuladı. Elşad Fərzəliyev, həmçinin, mətbuat nümayəndələrinə yenicə istifadəyə verilmiş “Bilirsinizmi?” səhifəsinin “Coca-Cola” istehlakçıları arasında tanıdılması üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.