İran həbs etdiyi ABŞ casuslarının bəzisinə ölüm hökmü verdiyini deyir


Dünya 23 İyl 2019 20:11:00 214 0

İran həbs etdiyi ABŞ casuslarının bəzisinə ölüm hökmü verdiyini deyir

İran bəzilərini ölümə məhkum etməklə 17 CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) casusunu həbs etdiyinin bildirir.

İranın Kəşfiyyat Nazirliyi şübhəlilərin nüvə, hərbi və digər sektorlarla bağlı məlumat topladığını söyləyib.

ABŞ prezidenti Donald Trump, İranın iddialarının rədd edərək, onların "tamamilə yalan" olduğunu deyib.

Washington və Tehran arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılığı var və iki ölkə arasındakı gərginlik artan xətlə davam edir.

Cənab Trump ötən il İranla olan beynəlxalq nüvə sazişindən imtina etdi və ABŞ bu ölkəyə qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdi.

Bir müddət əvvəl iki ölkə arasında İran körfəzində hərbi konflikt yaşanıb.

İranın həbsləri elan etməsindən az sonra cənab Trump "İranla anlaşmaq istəmək mənim üçün çətinləşir" deyib.

Biz casusluq məsələsi ilə bağlı nə bilirik?

İran bildirir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləməkdə şübhəli bilinən casuslar bu ilin martına qədər olan 12 aylıq müddət ərzində həbs olunublar.

"Həbs olunan şəxslərin hamısı iranlılardır və onlar "həssas mərkəzlərdə" - hərbi və nüvə bazalarında, həmçinin bir-birinə bağlılığı olmayan özəl sektorda çalışıblar", İran kəşfiyyatında çalışan bir rəsmi şəxs reportyorlara deyib.

Lakin həmin şəxs 17 nəfərdən neçəsinin ölüm hökmünə məhkum olunduğunu və hökmün nə vaxt verildiyini açıqlamayıb.

İranın Kəşfiyyat Nazirliyinin Casusluq şöbəsindən İSNA Xəbər Agentliyinə verilən məlumatda deyilib ki, "saxlanılan casuslardan haqqında hökm çıxarılanların bəziləri onlardan "yer üzünü dağıdanlar" (bu maddə İranda İslam qanunları ilə ölüm cəzası veriləcək deməkdir) maddəsi ilə ölüm hökmünə göndəriləcəklər".

Bazar günü İranın Kəşfiyyat naziri Mahmud Ələvi "ABŞ-la əməkdaşlıq edən casuslar"ın həbsi ilə bağlı sənədli filmin İran Televiziyasında göstəriləcəyini elan edib.

Nazirlik həmçinin sözügedən sənədli filmin treylerinin, casusların nazir Ələvi və digər rəsmilərlə görüş və sorğularının yer aldığı CD də buraxıb.