EYOF: Türkiyənin kişi basketbolçuları ikinci oyunda qalib gəliblər


Digərləri 23 İyl 2019 19:45:00 219 0

EYOF: Türkiyənin kişi basketbolçuları ikinci oyunda qalib gəliblər

XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününə oğlanların mübarizəsində B qrupunda yer alan Türkiyə və Litva seçmələrinin oyunu ilə start verilib.

Bakı. İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının ikinci gününə oğlanların mübarizəsində B qrupunda yer alan Türkiyə və Litva seçmələrinin oyunu ilə start verilib. Trend-in məlumatına görə, Türkiyə komandası oyunda 69:63 hesabı ilə qalib gəlib. Paralel keçən digər görüşdə qızların yarışının B qrupunda Türkiyə və Polşa basketbolçuları üz-üzə gəliblər. Türkiyəli oğlanlardan fərqli olaraq qızlar polşalı rəqiblərinə 54:69 hesabı ilə uduzublar.