Ramil Vəlizadə EYOF-un üzgüçülük yarışlarının finalına yüksəlib


Digərləri 23 İyl 2019 19:29:00 255 0

Ramil Vəlizadə EYOF-un üzgüçülük yarışlarının finalına yüksəlib

İyulun 23-də Bakı Su İdmanı Sarayında keçirilən “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan atleti Ramil Vəlizadə finala vəsiqə qazanıb.

Bakı. İyulun 23-də Bakı Su İdmanı Sarayında keçirilən “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışlarında mübarizə aparan Azərbaycan atleti Ramil Vəlizadə finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, təmsilçimiz 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 2 dəqiqə 2,63 saniyə nəticə göstərib. Bu nəticə atletimizin final mərhələsinə adlaması üçün yetərli olub. Final mərhələsinin yarışları iyulun 24-də keçiriləcək.