Zülfüqar Rüfətoğlunun “Mavigözlü ögey ana”sı FOTO


Kriminal 23 İyl 2019 18:40:00 287 0

Zülfüqar Rüfətoğlunun “Mavigözlü ögey ana”sı  FOTO

Tanınmış publisist, BBC radiostansiyasının Azərbaycan xidmətinin aparıcısı, tərcüməçi Zülfüqar Rüfətoğlunun poeziya nümunələrindən və tərcümələrindən ibarət kitabı işıq üzü görüb.

Son.az xəbər verir ki, Türkiyənin "Teas Press" nəşriyyatında çapdan çıxan kitab Zülfüqar Rüfətoğlu fəaliyyətini və yaradıcılığını illərdən bəri ehtiram və məhəbbətlə izləyənlər üçün şübhəsiz ki, ən gözəl sürprizlərdən biri kimi qarşılandı. "Mavigözlü ögey ana" adlanan lirik topluda "özünü heç vaxt şair hesab etməyən, yeganə peşəsi jurnalistika olan, amma elə bu peşə boyunca poeziyanın zaman-zaman onun yol yoldaşı olduğunu" deyən müəllif 154 səhifəlik ilk kitabına müxtəlif illərdə qələmə aldığı "Unudanlar unudulsa", "Tez açan zoğal çiçəyi", "Payız çiskinindən yay yağışına", "Şuşaya gedirəm", "Bu şəhərə Allah rəhmət eləsin", "İsanın atası dedi ki mənə...", "Dekabr pərvanəsi", "Etüd", "Anama", "Qara və qırmızı", "Bazar ertəsinə", "Ox və nəğmə", "Tufana oxunmuş nəğmə", "Əgər" kimi nəzm əsərləri "Biri vardı, biri yox...", "Vətəndaş lirikası", "Londonun tənhalığı", "Hər tərcümə günahdır, günaha batmışam mən..." bölümlərində təqdim edilir.


Xəbərə aid fotolar