Almaniyada intihar edən azərbaycanlı qadınla bağlı yenilik var FOTO


Digərləri 23 İyl 2019 18:46:00 215 0

Almaniyada intihar edən azərbaycanlı qadınla bağlı yenilik var  FOTO

İki gün əvvəl Almaniyada dünyasını dəyişmiş azərbaycanlı mühacir,9 yaşlı qız anası Humayıl Məmmədova ilə bağlı yenilik var. 

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə Almaniyada yaşayan mühacir Rafiq Təmrazov sosial şəbəkədə məlumat verib.

R.Təmrazovun yazdığına görə, qadının cənazəsi Azərbaycana aparılacaq: "Yaxın qohumları bildirdilər ki, Berlin şəhərində yerləşən bir türk camisi bütün bu işləri həyata keçirəcək və bütün xərclər ailə içi-yəni yaxın qohumlar tərəfindən təmin ediləcək. Proseslə bağlı bütün inzibati məsələlər dünən 22 iyul tarixində həll edilib. Bütün ictimaiyyəti maraqlandıran bir məsələ uşağın gələcəyi isə mərhumənin vəsiyyətinə uyğun həyata keçirilib. Uşaq Almaniyada yaşayan xalasına verilib. Allah bir daha rəhmət eləsin".  R.Təmrazov sonda bildirib ki, bütün Azərbaycan ictimaiyyəti bu məsələdən danışsa da, nə Almaniyadakı Azərbaycan səfirliyindən, nə də diasporadan bu məsələ ilə əlaqədar hər hansı səs-soraq var. 


Xəbərə aid fotolar