Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib


Digərləri 23 İyl 2019 18:08:17 201 0

Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

Bakı. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Birgə Komissiyanın tərkibi aşağıdakı kimi verilir: “Birgə Komissiyanın həmsədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Birgə Komissiyanın üzvləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Macarıstan Respublikası tərəfinə bildiriş göndərməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin