Qadın güləşçilərimiz EYOF-un gümüş və bürünc medalını qazanıblar


Digərləri 23 İyl 2019 17:58:00 202 0

Qadın güləşçilərimiz EYOF-un gümüş və bürünc medalını qazanıblar

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə qadın güləşçimiz Elnurə Məmmədova (53 kq) gümüş medala sahib olub.

Bakı. XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə qadın güləşçimiz Elnurə Məmmədova (53 kq) gümüş medala sahib olub. Trend-in məlumatına görə, güləşçimiz finalda Rusiya təmsilçisi Polina Lukinaya uduzub. Bu çəki dərəcəsində bürünc medallara almaniyalı Oliviya Andrix və rumıniyalı Patrisia-Valeriya İurasku layiq görülüblər. Nigar Mirzəzadə isə XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalına sahiblənib. 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.