Çolpa kababını hindistanlı turistə 40 manata satdılar FOTO


Digərləri 23 İyl 2019 17:45:00 222 0

Çolpa kababını hindistanlı turistə 40 manata satdılar  FOTO

Turizm sahəsində işləyən şəxs hindistanlı turistləri Şamaxıya göndərdi, istirahət mərkəzi isə turistləri aldatdı.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə Fikrət Xankişiyev adlı turizm sahəsində çalışan şəxs "Müştəriyəm, Şikayətim var" qrupuna yazıb.

O bildirib ki, iki hindistanlı turisti Şamaxının Dəmirçi kəndinə istirahətə göndərib. Yolüstü turistlər Şamaxıda "Xarı Bülbül" istirahət mərkəzində nahar ediblər. İstirahət mərkəzi isə turistlərə bir toyuğu 40 manata satıb.

Məsələ ilə bağlı internet resurslarında olan "Xarı Bülbül" istirahət mərkəzinin əlaqə nömrələrinə zəng etsək də, dəstəyi qaldıran şəxs həmin əlaqə vasitələrinin istirahət mərkəzinə aid olmadığını bildirib.


Xəbərə aid foto