Azərbaycanlı hərbçilər Əfqanıstana yola salındılar FOTO VİDEO


Siyasət 23 İyl 2019 16:54:00 252 0

Azərbaycanlı hərbçilər Əfqanıstana yola salındılar  FOTO  VİDEO

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Son.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.


Xəbərə aid fotolar