Dövlət Gömrük Komitəsinin sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb


Digərləri 23 İyl 2019 16:00:41 213 0

Dövlət Gömrük Komitəsinin sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İyulun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Trend-ə bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Koreya arasında mövcud əlaqələrdən söhbət açıb, əməkdaşlıq münasibətlərinin müxtəlif sferalarda, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlardan danışaraq tədbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. S.Mehdiyev Azərbaycan gömrük sahəsində koreyalı həmkarları ilə birgə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, eləcə də informasiya texnologiyalarının tətbiqi, kadr potensialının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.