Azərbaycanlı gimnast: Bu mənim ən yaxşı çıxışımdır


Digərləri 23 İyl 2019 15:49:05 223 0

Azərbaycanlı gimnast: Bu mənim ən yaxşı çıxışımdır

Azərbaycan gimnastı Ağakazım Rüstəmov "EYOF Bakı-2019"da öz çıxışından razı qaldığını bildirib.

Bakı. Cani Babayeva - Azərbaycan gimnastı Ağakazım Rüstəmov "EYOF Bakı-2019"da öz çıxışından razı qaldığını bildirib. Trend-in məlumatına görə, gimnastika ilə 11 yaşından məşğul olan idmançı deyib: "Üç qurğuda hərəkətlər nümayiş etdirdim - sərbəst hərəkətlər, idman atı və dayaqla tullanma. Bu, artıq üçünçü yarışımdır və bu gün ən yaxşı çıxışımı nümayiş etdirdim". A.Rüstəmov qeyd edib ki, bu yarışlarda bütün rəqiblər güclüdür. O deyib: "Bu gün burada iştirak edən idmançılar bütün Avropanı təmsil edir və ən güclülərdir. Özüm üçün əsas rəqib olaraq Ukrayna və Rusiya idmançılarını görürəm".