Millət vəkili: "Azərbaycan istənilən mötəbər yarışa və tədbirə ev sahibliyi etməyə qadirdir"


Digərləri 23 İyl 2019 15:27:00 49 0

Millət vəkili: "Azərbaycan istənilən mötəbər yarışa və tədbirə ev sahibliyi etməyə qadirdir"

"Hələ 2003-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-konsert Kompleksində təşkil olunan cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirə ev sahibliyi edəcək. Daha sonra Bakıda 2004-cü ildə bədii gimnastika üzrə Dünya Kuboku, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci Dünya Çempionatı, bir qədər sonra Birinci Avropa Oyunları, "Formula 1" yarışları, çoxmillətli, multi-idman turniri olan İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu və digər mötəbər tədbirlər uğurla keçirildi. Bu gün isə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçirilməsi bir daha onu sübut edir ki, ölkəmiz günü-gündən inkişaf edir və istənilən mötəbər yarışları, tədbirləri keçirməyə qadirdir".

Bu xəbəri də oxu: İmişlidə iki maşın toqquşdu,

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev deyib.

X.Fətiyevin sözlərinə görə, artıq inkişaf etmiş ölkələr Azərbaycanda yaradılmış ictimai-siyasi sabitliyə, şəraitə inanır və etibar edir: "Dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı ölkəmizin beynəlxalq imicinə də çox müsbət təsir edir. Əlbəttə, günü-gündən inkişaf edən iqtisadiyyatımız, müasirləşən şəhər və rayonlarımız, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. İndi ölkəmiz böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bir çox inkişaf etmiş ölkələrlə bərabərhüquqlu mübarizə aparır və bir çox hallarda qalib gəlir. Bu, Azərbaycanın inkişafının göstəricisidir".

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilən "Bakı-2019" - XV Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinin də çox yüksək səviyyədə olduğunu bildirən millət vəkili bu turnirdə iştirak etmək üçün Azərbaycanın paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyətinin gəldiyini, festival zamanı 12 idman obyektində təxminən 3500 könüllünün fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bu cür böyük turnirlərin təşkilində ölkəmizin yetərincə təcrübəsi var. Bu sahədə çalışan strukturların əməkdaşları da artıq peşəkarlaşıblar.

“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac (FOTO) like
  • 23 İyl 15:26  
Digərləri “Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 iyul tarixində növb

arrow Ətraflı
Paşinyan iç üzünü göstərdi: qorxur, like
  • 23 İyl 15:23  
Dünya Paşinyan iç üzünü göstərdi: qorxur,

Çalışıram ki, ölkəmiz və xalqımız inkişaf etsin, Ermənistanda demokra

arrow Ətraflı
Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı like
  • 23 İyl 15:20  
Digərləri Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı

Türkiyənin Ərdahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Böyük Britaniyada yeni baş nazir KİM oldu? like
  • 23 İyl 15:16  
Digərləri Böyük Britaniyada yeni baş nazir KİM oldu?

Böyük Britaniyada yeni baş nazir seçilib.

arrow Ətraflı
Adrianonun yeni klubu müəyyənləşdi like
  • 23 İyl 15:16  
İdman Adrianonun yeni klubu müəyyənləşdi

Beşiktaş-dan ayrılan Adrianonun yeni klubu müəyyənləşib.

arrow Ətraflı
İki dəfə ailəsi dağılan Rəvan Qarayev: like
  • 23 İyl 15:14  
Şou-biznes İki dəfə ailəsi dağılan Rəvan Qarayev:

Hər bir şeyin başında dostluq dayanır. Əgər sən sevdiyin xanımla, kişi

arrow Ətraflı
Ötən gün yol qəzalarında 2 nəfər ölüb like
  • 23 İyl 15:11  
Digərləri Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı
Bakıda bu yollar bağlanır like
  • 23 İyl 15:09  
Digərləri Bakıda bu yollar bağlanır

Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar b

arrow Ətraflı
Beş güləşçimiz EYOF-un finalında like
  • 23 İyl 15:06  
Digərləri Beş güləşçimiz EYOF-un finalında

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəs

arrow Ətraflı
Ağsu sakini “Mercedes”i aşırdı: like
  • 23 İyl 15:00  
Digərləri Ağsu sakini “Mercedes”i aşırdı:

Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Məhkəmə Ronaldonun günahsız olduğunu açıqladı like
  • 23 İyl 14:52  
İdman Məhkəmə Ronaldonun günahsız olduğunu açıqladı

Juventus-un futbolçusu Kriştiano Ronaldonun model Ketri

arrow Ətraflı
1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir like
  • 23 İyl 14:51  
Digərləri 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Tələbələrin ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ix

arrow Ətraflı
Müəllimlərin işə qəbulu imtahanları başa çatır like
  • 23 İyl 14:51  
Digərləri Müəllimlərin işə qəbulu imtahanları başa çatır

İyulun 23-də kimya, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus di

arrow Ətraflı