Adrianonun yeni klubu müəyyənləşdi


İdman 23 İyl 2019 15:16:00 280 0

Adrianonun yeni klubu müəyyənləşdi

Beşiktaş-dan ayrılan Adrianonun yeni klubu müəyyənləşib.

Goal.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi karyerasını Atletico Paranaense-də (Braziliya) davam etdirəcək. Onunla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2016-cı ildə Barcelona-dan Beşiktaş-a transfer olunan Adriano ötən mövsüm 29 matçda 2 qol ötürməsi verib. O, bu yay müqaviləsinin müddəti başa çatdığı İstanbul təmsilçisindən ayrılıb.