Müəllimlərin işə qəbulu imtahanları başa çatır


Digərləri 23 İyl 2019 14:51:00 255 0

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

İyulun 23-də kimya, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənni üzrə müəllimlərin işə qəbul imtahanları keçirilir.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 1463 namizədin iştirakı gözlənilir.

Xatırladaq ki, iyulun 8-dən etibarən keçirilən imtahanlarda namizədlərdən Aidə Sadıqova kimya fənni üzrə maksimum nəticə göstərərək 60 bal toplayıb.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.