Ağsu sakini “Mercedes”i aşırdı:


Digərləri 23 İyl 2019 15:00:00 263 0

Ağsu sakini “Mercedes”i aşırdı:

Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Abşeron rayonunun Təzəkənd kəndi ərazisində Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.