Məhkəmə Ronaldonun günahsız olduğunu açıqladı


İdman 23 İyl 2019 14:52:00 281 0

Məhkəmə Ronaldonun günahsız olduğunu açıqladı

Juventus-un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə məhkəmə qərar verib.

Goal.az-ın məlumatına görə, ABŞ-ın Las Veqas şəhəri məhkəməsi portuqaliyalı hücumçunu heç bir məsuliyyətə cəlb etməyib.

Bildirilib ki, polis istintaqının hesabatı nəzərdən keçirilib və təcavüzlə bağlı sübutların olmadığı aşkarlanıb.

Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.