Millət vəkili: Azərbaycan istənilən mötəbər yarışa və tədbirə ev sahibliyi etməyə qadirdir


Digərləri 23 İyl 2019 14:44:00 57 0

Millət vəkili: Azərbaycan istənilən mötəbər yarışa və tədbirə ev sahibliyi etməyə qadirdir

Hələ 2003-cü ildə Bakıda cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirə ev sahibliyi edəcək.

Bakı. Elçin Mehdiyev - Hələ 2003-cü ildə Bakıda, Heydər Əliyev adına İdman-konsert Kompleksində təşkil olunan cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirə ev sahibliyi edəcək. Daha sonra Bakıda 2004-cü ildə bədii gimnastika üzrə Dünya Kuboku, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci Dünya Çempionatı, bir qədər sonra Birinci Avropa Oyunları, "Formula 1" yarışları, çoxmillətli, multi-idman turniri olan İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu və digər mötəbər tədbirlər uğurla keçirildi. Bu gün isə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçirilməsi bir daha onu sübut edir ki, ölkəmiz günü-gündən inkişaf edir və istənilən mötəbər yarışları, tədbirləri keçirməyə qadirdir. Bu fikirləri Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev deyib. X.Fətiyevin sözlərinə görə, artıq inkişaf etmiş ölkələr Azərbaycanda yaradılmış ictimai-siyasi sabitliyə, şəraitə inanır və etibar edir: "Dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı ölkəmizin beynəlxalq imicinə də çox müsbət təsir edir. Əlbəttə, günü-gündən inkişaf edən iqtisadiyyatımız, müasirləşən şəhər və rayonlarımız, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. İndi ölkəmiz böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bir çox inkişaf etmiş ölkələrlə bərabərhüquqlu mübarizə aparır və bir çox hallarda qalib gəlir. Bu, Azərbaycanın inkişafının göstəricisidir".
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndədirlər like
  • 23 İyl 14:39  
Digərləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Bursada “Yay məktəbi”ndədirlər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Azərbaycan İlahiyy

arrow Ətraflı
Məşhur futbolçunun ölkəyə girişi qadağan edilə bilər like
  • 23 İyl 14:35  
İdman Məşhur futbolçunun ölkəyə girişi qadağan edilə bilər

Manchester City-nin yarımmüdafiəçisi Riyad Mahrez

arrow Ətraflı
ABŞ təyyarəsi Venesuela sərhədində like
  • 23 İyl 14:33  
Dünya ABŞ təyyarəsi Venesuela sərhədində

Venesuela Hərbi Hava Qüvvələri ölkənin hava sərhədini pozan ABŞ-ın kə

arrow Ətraflı
"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir (FOTO) like
  • 23 İyl 14:31  
Digərləri "EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika A

arrow Ətraflı
İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq like
  • 23 İyl 14:28  
Digərləri İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq

Gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da

arrow Ətraflı
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə like
  • 23 İyl 14:28  
Digərləri "Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə

"Fast & Furious 9" ( Forsaj 9 ) filminin çəkilişləri zamanı bədb

arrow Ətraflı
Portuqaliyada meşə yanğınları var - 39 nəfər xəsarət alıb like
  • 23 İyl 14:25  
Digərləri Portuqaliyada meşə yanğınları var - 39 nəfər xəsarət alıb

Portuqliyanın mərkəzi hissəsində meşə yanğınları davam edir.

arrow Ətraflı
3 ay əvvəl açılışı olan parkın hazırkı vəziyyəti  FOTO like
  • 23 İyl 14:24  
Digərləri 3 ay əvvəl açılışı olan parkın hazırkı vəziyyəti FOTO

Sosial şəbəkədə aprelin 18-də istifadəyə verilən Suraxanı rayonu, Qara

arrow Ətraflı
Adəm, naqqaş, altın və daha 50ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır  SƏBƏB? like
  • 23 İyl 14:22  
Digərləri Adəm, naqqaş, altın və daha 50ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır SƏBƏB?

"Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya

arrow Ətraflı
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB? like
  • 23 İyl 14:19  
Digərləri Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?

Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğ

arrow Ətraflı
Dünyanın ən qoca Siam əkizlərindən biri ölsə, like
  • 23 İyl 14:19  
Dünya Dünyanın ən qoca Siam əkizlərindən biri ölsə,

Onlar dünyanın ən uzunömürlü Siam əkizləridir. Bu günə qədər Siam ə

arrow Ətraflı
Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda like
  • 23 İyl 14:16  
İdman Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Aysun Əli

arrow Ətraflı
Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı 2019” like
  • 23 İyl 14:11  
Digərləri Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı 2019”

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu g

arrow Ətraflı
Arvadını və qayınatasını güllələyən şəxsə hökm oxundu like
  • 23 İyl 14:10  
Kriminal Arvadını və qayınatasını güllələyən şəxsə hökm oxundu

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və qay

arrow Ətraflı