İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq


Digərləri 23 İyl 2019 14:28:41 195 0

İdman gimnastikası üzrə Azərbaycan millisinin məşqçisi: Medallar qazanmağa çalışacağıq

Gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da budur.

Bakı. Cani Babayeva - Gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da budur. Ümumilikdə onların çıxışından razıyam. Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçisi Gennadiy Kotelnikov "EYOF Bakı-2019"da gimnastlarımızın çıxışlarını şərh edərkən deyib. Məşqçi qeyd edib: "Yarışlardan öncə müəyyən bir iş görülmüşdü və nəyi planlaşdırmışdıqsa, hamısını etdik. Bəzi xırda nüanslar var ki, onların üzərində yenə işləməliyik. Ümid edirik ki, finala çıxacağıq və orada hələ göstərmədiklərimizi nümayiş etdirəcəyik". G.Kotelnikovun sözlərinə görə, yarışlarda güclü idmançılar yarışır: "Bu yarışlarda Avropanın ən yaxşı idmançıları iştirak edir, ona görə də bizim işimzin nəticəsi aydın görünəcək". Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.