Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı 2019”


Digərləri 23 İyl 2019 14:11:00 265 0

Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı 2019”

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə iki pəhləvanımız finala vəsiqəni təmin edib.

Bakı. XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə iki pəhləvanımız finala vəsiqəni təmin edib. Trend-in məlumatına görə, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Elmir Əliyev (51 kq) səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda isə gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edərək finala vəsiqə qazanıb. Kənan Heybətov (51 kq) isə finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda Nektarious Kuzupisə (12:1) qalib gələrək finala yüksəlib.