Arvadını və qayınatasını güllələyən şəxsə hökm oxundu


Kriminal 23 İyl 2019 14:10:00 300 0

Arvadını və qayınatasını güllələyən şəxsə hökm oxundu

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən Məsim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə keçən ilin avqust ayında Gəncə şəhərində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü M.Məmmədov 1956-cı il təvəllüdlü qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində qalan, boşanma ərəfəsində olduğu 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib.