Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada


Digərləri 23 İyl 2019 14:05:00 286 0

Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb

Bakı. Elçin Mehdiyev - Abşeron rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Abşeron rayonunun Təzəkənd kəndi ərazisində Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.