Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir


Digərləri 23 İyl 2019 13:58:00 223 0

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Gənclər Fondu gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bakı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 4 iyun - 4 iyul 2019-cu il tarixlərində 12-ci qrant müsabiqəsini keçirib. Fonddan Trend-ə verilən məlumata görə, Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. 12-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun saytında qeyd olunan keçid vasitəsi ilə tanış olmaq mümkündür. Qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərədən istifadə edilməlidir: (https://bit.ly/2SdpGKi)