Məhkəmə sürücünün xeyrinə qərar çıxardı


Digərləri 23 İyl 2019 13:43:00 233 0

Məhkəmə sürücünün xeyrinə qərar çıxardı

Bakı şəhər Xətai Rayon Məhkəməsində Dövlət Yol Polisinin vətəndaş Ayaz Əliyevə içkili avtomobil idarə etmə ilə bağlı yazdığı inzibati protokol araşdırılıb. 

Son.az oxu.az -a istinadən xəbər verir ki, Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Əliyev Ayaz Nəsrəddin oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə inzibati icraata xitam verilib.

Xətai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov apellyasiya şikayəti verib. 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.