Şirvan sakini həmyerlisinin boynuna bıçaq sapladı


Kriminal 23 İyl 2019 13:29:00 339 0

Şirvan sakini həmyerlisinin boynuna bıçaq sapladı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, şəhər ərazisində naməlum şəxs Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.