İki güləşçimiz EYOF-un yarımfinalında


Digərləri 23 İyl 2019 13:27:00 194 0

İki güləşçimiz EYOF-un yarımfinalında

Kənan Heybətov və Cəbrayıl Hacıyev inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər.

Bakı. Kənan Heybətov və Cəbrayıl Hacıyev inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər. Trend-in məlumatına görə, Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib, Cəbrayıl Hacıyev də ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb.