EYOF: Azərbaycanın 6 güləşçisi 1/4 finala yüksəldi


İdman 23 İyl 2019 13:12:00 294 0

EYOF: Azərbaycanın 6 güləşçisi 1/4 finala yüksəldi

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) güləş yarışları bu gün başa çatacaq.

Goal.az-ın məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan təmsilçilərindən 6-sı artıq 1/4 finala yüksəlib.  

Sərbəst güləşçi Kənan Heybətov (51 kq) debütdə ukraynalı rəqibini tam üstünlüklə məğlub edib. Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcüstanlı güləşçi üzərində inamlı qələbə qazanıb. Hacıyev 1/8 finalda isə türkiyəli rəqibini məğlub edib. 

Yunan- Roma güləşçilərindən Elmir Əliyev (51 kq) ilk cəhddə Norveç təmsilçisini sıradan çıxarıb. Xasay Həsənli (65 kq) 1/8 finalda Yunanıstan idmançısını asanlıqla üstələyib. 

Qadınların yarışında Elnurə Məmmədova (53 kq) və Nigar Mirzəzadə (65 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Birgül Soltanova (57 kq) isə 1/8 finalda Rusiya güləşçisinə uduzub.


Sərbəst güləş

51 kq

1/8 final - Kənan Heybətov - İvan Terzi (UKR) 12:2

1/4 final - Kənan Heybətov - Niko Hivonen (FİN)

65 kq

Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) 13:3

1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (TUR) 10:0

1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (GRE)


Yunan-Roma güləşi

51 kq

1/8 final - Elmir Əliyev - Kristofer Andresen (NOR) 8:0

1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (ROU)

65 kq

Təsnifat - Xasay Həsənli - Fotios Bukis (GRE) 7:0

1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (FİN) 3:1

1/4 final - Xasay Həsənli - David Loher (SUİ)



Qadın güləşi

53 kq

1/8 final - Elnurə Məmmədova - Flora Vizi (HUN) *4:4

1/4 final - Elnurə Məmmədova

57 kq

1/8 final - Birgül Soltanova - Darya Manuil (RUS) 2:2*

65 kq

1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (GER) 8:0

1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (TUR)