Göyçayda zəncirvarı qəza:


Digərləri 23 İyl 2019 13:06:00 406 0

Göyçayda zəncirvarı qəza:

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində "KamAZ" markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. 

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar