“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib (FOTO/VİDEO)


Digərləri 23 İyl 2019 13:04:00 180 0

“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib (FOTO/VİDEO)

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Bakı. Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.