Məşhur futbolçunun oğlu Borussia-da


İdman 23 İyl 2019 12:30:00 300 0

Məşhur futbolçunun oğlu Borussia-da

Fransa millisinin və Barcelona-nın keçmiş futbolçusu Lilian Türamın oğlu Markus Türam karyerasını Almaniyada davam etdirəcək.

Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu Almaniyanın Borussia (Münhenqladbax) klubuna transfer olunub. Bundesliqa təmsilçisinin rəsmi saytı Guingamp-dan alınan futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Markus 2017-ci ildən Guingamp-da çıxış edirdi.