Prezident İlham Əliyev Azərbaycanda yeni təyin olunmuş bir sıra səfirlərin etimadnamələrini qəbul edib FOTO


Siyasət 23 İyl 2019 11:51:00 222 0

Prezident İlham Əliyev Azərbaycanda yeni təyin olunmuş  bir sıra səfirlərin etimadnamələrini qəbul edib  FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.