Prezident İlham Əliyev bir sıra Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB) (FOTO)


Digərləri 23 İyl 2019 11:49:00 227 0

Prezident İlham Əliyev bir sıra Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib (YENİLƏNİB) (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev bir sıra Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Məlumata görə, dövlət başçısı iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas, Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusof, İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre, Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnamələrini qəbul edib. xəbər yenilənəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin