60 yaşlı kişi parabeyin çıxdı


Digərləri 23 İyl 2019 11:31:00 179 0

60 yaşlı kişi parabeyin çıxdı

Moskvada bir kişinin beyinsiz olduğu aşkarlanıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərindəki xəstəxanalardan birinə müraciət edən kişini müayinə edən həkimlər dəhşətə gəliblər.

60 yaşlı kişinin parabeyin olduğu aşkarlanıb. Belə ki, onun beyninin 50 faizinin olmadığını görən həkimlər kişidə hər hansı qüsurun olmadığını müəyyənləşdiriblər.

Həmin xəstənin adı mətbuata açıqlanmayıb. Bu isə xəstənin adının mətbuatda çəkilməsini istəməməsi ilə bağlıdır.

Onun adı açıqlanmasa da, universitet bitirdiyi, ailəli olduğu bildirilib. Kişinin dediyinə görə bu yaşına qədər hər hansı problem yaşamayıb.


Xəbərə aid foto