“Ailə qurana qədər daha iddialı idim” FOTO


Şou-biznes 23 İyl 2019 11:35:00 245 0

“Ailə qurana qədər daha iddialı idim”  FOTO

Son.az qafqazinfo-ya istinadən aparıcı, aktrisa Kamilə Babayeva ilə müsahibəni təqdim edir:

- Bildiyimə görə, yaşınızı hər kəsdən gizlədirsiniz...

- 4-5 ilə qədər doğum tariximi çox rahat söyləyirdim. İstəsəniz doğum tariximi bir dəqiqənin içində öyrənərsiniz və mənim üzümü deyə bilərsiniz ki, sənin doğum tarixin budur. Anam nadir hallarda mənə hansısa məsələ ilə bağlı zəhmlə müraciət edər. Bir gün mənə dedi ki, bir də heç kimə yaşını demə! Səs tonunda da qəribəlik var idi. Qorxdum. Dedim ki, yaxşı. Üstündən bir üç il də keçdi, mən anladım ki, söhbət mənim yaşımdan getmirdi. Söhbət ondan gedirdi ki, mənim yaşımı biləndə artıq anamın yaşını biləcəklər.

- Necə oldu ki, "Zəif bənd" layihəsinin aparıcısı oldunuz?

- Biz ABA TV-dən gəlməsəydik, "Tezdən oyan" olmasaydı, bu verilişi etməsəydik, "Zəif bənd" də olmaya bilərdi. Çünki orada digər aparıcı var idi və o, təsdiqlənmişdi, artıq Londona getmişdi, İngiltərənin aparıcısı ilə görüşləri belə olmuşdu... Xatırlayıram, çox xəstə olduğum bir günüm idi, qrip, qırmızı kostyum, nəyəsə görə saçımı yığmışdım. "Zəif bənd"in baş prodüseri oturub başını sındırırdı ki, nə edəcək, aparıcı yoxdur, aparıcı kim olacaq? Birdən-birə efirdə məni əl-qolla, indikidən daha həvəsli nəsə danışdığımı görüb. "Tezdən oyan"dakı heyətə xəbər edib ki, Kamilə efirdən sonra gəlsin bura...

Anam, ümumiyyətlə, o layihəni sevmədi. Qara rəngə heç meyilli qadın deyil. Həmişə düşünürdü ki, bu uşağı nə qədər qara geyindirirlər. Soruşurdu ki, orada rəngli paltar geyinmək olmaz?! Deyirdim ki, yox, olmaz. Qadınlar zəng edirdilər ki, bu qıza nə oldu, niyə belə aqressivləşdi, həyatında nə dəyişdi ki, bu belə oldu? "Zəif bənd" bir dəfə ulduzlarla olmuşdu. Xatırlayıram ki, ulduzların bir çoxu məndən incimişdilər.

- Rejissor Ülviyyə Könülün "Vəkil hanı?" filmində Nigar obrazını canlandırmısınız. Çəkiliş zamanı hansı səhnəni oynamaqda çətinlik çəkirdiniz?

- "Vəkil hanı?" filminin çəkiliş dönəmində mən Türkiyədə işləyirdim. Rolum çox böyük deyildi, amma dəhşət zövqlü günlər yaşanırdı. Aktyorlarla Sənubər xanım İsgəndərli işləyirdi. Orada bir səhnəmiz var idi ki, ağrı hiss etməliydim. Yadımdadır ki, Sənubər xanım ya əli ilə, ya da küt bir şeylə çalışırdı ki, mənə ağrı versin ki, onu hiss edim. O, mənə dəhşət kömək etmişdi.

- Kamilə Babayevanın beşinci elementi nədir?

- Mənim beşinci elementim sevgidir, elə "V element"də olduğu kimi.

- Ailə qurandan sonra həyatınızda nələr dəyişdi?


Xəbərə aid fotolar