AzMİU-nun tələbəsi British Council-ın Böyük İdeya yarışmasında ölkə çempionu oldu (FOTO)


Digərləri 23 İyl 2019 11:21:00 204 0

AzMİU-nun tələbəsi British Council-ın Böyük İdeya yarışmasında ölkə çempionu oldu (FOTO)

AzMİU-nun tələbəsi British Council-ın Böyük İdeya yarışmasında ölkə çempionu oldu

Bakı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur British Council-ın Creative Spark layihəsi çərçivəsində həyata keçirdiyi Böyük İdeya startap yarışmasının Azərbaycan üzrə çempionu oldu. Trend-in məlumatına görə, Azərbaycan üzrə ölkə çempionu olan AzMİU-nun tələbəsi Böyük Britaniyaya səfər və 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanıb. Yarışmada həmçinin, AzMİU-nu texnologiya kateqoriyasında təmsil edən universitetin Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Solmaz Fətullayeva və Memarlıq fakültəsinin dizayn ixtisası üzrə magistr tələbəsi Cavid Bağırzadə kateqoriya çempionları olublar. Onu da qeyd edək ki, yerlərin müəyyənləşdirilməsi British Council-ın Böyük Britaniyadakı mütəxəssisləri tərəfindən həyata keçirilib. Yarışmada iştirak etmək və öz ideyalarını təqdim etmək üçün tələbələr AzMİU-nun İnnovativ Biznes İnkubatoru mərkəzində davamlı çalışıb və onlara hər çür dəstək verilib. Bu müddətdə AzMİU-nun Creative Spark üzrə Böyük Britaniya partnyoru London South Bank Universitetinin mütəxəssisi də ideyalarının təkmilləşdirilməsi və yarışmada yüksək performans göstərmələri istiqamətində tələblərlə aktiv işləyib.