3 bölgədə qaz təchizatı dayandırıldı SƏBƏB


Digərləri 23 İyl 2019 10:45:00 226 0

3 bölgədə qaz təchizatı dayandırıldı  SƏBƏB

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq.

Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.