Üstünə raket düşən evin FOTOları 6 nəfər xəsarət alıb


Dünya 23 İyl 2019 10:36:00 232 0

Üstünə raket düşən evin FOTOları  6 nəfər xəsarət alıb

Ötən gecə Suriyadan atılan raket Türkiyəyə düşüb.

Son.az haberler-ə istinadla xəbər verir ki, Suriyadan atılan raket Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar qəsəbəsindəki evin üzərinə düşüb. Nəticədə 6 nəfər xəsarət alıb.

Yusuf Atan adlı şəxsə aid olan evin damı deşilib, şüşələri qırılıb, evdə yanğın başlayıb. Yanğın qısa zamanda söndürülsə də, evə ciddi ziyan dəyib.

Son.az üzərinə raket düşən evin fotolarını təqdim edir:


Xəbərə aid fotolar