Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazandı


İdman 22 İyl 2019 21:30:00 247 0

Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Goal.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Cəfərov gümüş medalla kifayətlənib.

48 kq-dakı Mircava Nəbiyev İsveçrəli Tomas Fişeri məğlub edərək bürünc medala sahib olub.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Qurban Qurbanov (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.