Azad Rəhimov: "EYOF Azərbaycan üçün çox faydalıdır"


İdman 23 İyl 2019 10:15:00 222 0

Azad Rəhimov: "EYOF Azərbaycan üçün çox faydalıdır"

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) kütləvi bədən tərbiyəsi və idmanın inkişafı baxımından Azərbaycan üçün çox faydalıdır".

Goal.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimində deyib.

Nazir Atletlər Kəndində baş tutan mərasimdə bildirib ki, EYOF, eləcə də Olimpiya Mədəniyyəti və Təhsil Proqramı vasitəsi ilə mümkün qədər çox uşağın idmana maraq göstərməsini, sağlam həyat tərzi sürməsini istəyirlər.