Xətaidə kafedə yanğın olub


Digərləri 23 İyl 2019 10:05:00 228 0

Xətaidə kafedə yanğın olub

Xətai rayonunda kafe yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, bitişik, ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan əşyalar yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.