Çaylarda suyun səviyyəsi necədir?


Digərləri 23 İyl 2019 09:43:00 251 0

Çaylarda suyun səviyyəsi necədir?

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 30-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 110-140 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, iyulun 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 83 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 40 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 112 kub/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 40 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 9 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 10 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 43 kub/s təşkil etməklə ongünlük normadan az olub.