BMTnin baş katibi çox narahatdır


Dünya 23 İyl 2019 09:34:00 258 0

BMTnin baş katibi çox narahatdır

BMT-nin baş katibi Antoniu Quterreş tərəfləri Hörmüz boğazında təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Farhan Hak deyib.

F.Hak bildirib: "Baş katib Hörmüz boğazında gəmilərin ələ keçirilməsi barədə bu yaxınlarda yayılan yayılan məlumatlardan çox narahatdır".

Onun sözlərinə görə, baş katib hüquqlara hörmət etməyə və Hörmüz boğazından naviqasiyanın həyata keçirilməsində öhdəlikləri yerinə yetirməyə çağırıb: "Baş katib hamını maksimum təmkinlik göstərməyə və vəziyyətin gərginləşməsinə yol verən hərəkətlərdən çəkinməyə çağırıb".