Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı (FOTO)


Digərləri 23 İyl 2019 09:03:00 222 0

Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı (FOTO)

Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib.

Bakı. Ceyhun Ələkbərov - Bu gün səhər baş verən qəza yolda hərəkəti iflic edib. Trend-in məlumatına görə, hadisə bir qədər əvvəl "Şamaxinka" adlanan ərazidən üzü Biləcəri dairəsinə gedən yolda qeydə alınıb. Minik avtomobili 90-TJ-109 dövlət nömrəli “Volkswagen” markalı avtomobili və 92 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu arasında baş vermiş qəza yolda sıxlıq yaradıb. Hadisə səbəbindən Biləcəri qəsəbəsi və qəsəbəyə düşən yol bir müddət bağlı qalıb, bu səbəbdən digər marşrut avtobusları da xətdən çıxaraq yollarını dəyişiblər.